Salyanda ağır qəza, 5 yaralı var

salyanda-agir-qeza-5-yarali-var
Oxunma sayı: 1586

İyulun 20-də səhər saatlarında Salyanda beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Niva” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağla araşdırma aparılır.