Şamaxıda bir kəndlə əlaqə kəsildi - FHN köməyə gəldi

samaxida-bir-kendle-elaqe-kesildi
Oxunma sayı: 652

Şamaxıda bir kəndlə əlaqə kəsilib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonu, Keçmədil kəndinə aramsız yağan yağışlar nəticəsində kəndlə nəqliyyat əlaqəsinin kəsilməsi səbəbindən tibbi yardıma ehtiyacı olan 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Müvafiq köməklik göstərilməsi məqsədi ilə dərhal Nazirliyin Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq  vətəndaşın təhlükəsiz əraziyə çıxarılması təmin edilib.