Sarkisyan sənədlərini MSK-ya təqdim etdi

sarkisyan-senedlerini-msk-ya-teqdim-etdi
Oxunma sayı: 655

1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda separatçı və işğalçı hərəkatın əsas nümayəndələrindəndir. Ermənistanın müdafiə, milli təhlükəsizlik və daxili işlər naziri, baş naziri olub. 2008-ci ildən Ermənistanın prezidentidir.

Ermənistanda prezident seçkisi 2013-cü il fevralın 18-də keçiriləcək. Namizədliyin irəli sürülmə prosesi 2013-cü ilin yanvarın 4-də başa çatır.

“Media forum” saytının məlumatına görə, bu günə qədər MSK-ya daha üç namizəd sənəd verib: partiyasız Mqer Ayrapetyan, Vardan Sedrakyan və Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan.