Səbaildə Qurbanlıq Bayramı - Fotolar

sebailde-qurbanliq-bayrami-fotolar
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə rayonda fəaliyyət göstərən Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, rayonun Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri iştirak edib.

Tədbirdə Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bildirib ki, rayon ictimaiyyətinin nümayəndələrindən 2 nəfər – Qarabağ veteranı Zakir Bayramov və Bibiheybət sakini Ağasəf Dadaşov həcc ziyarətinə göndərilmiş, Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində Səbail rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları təqdim edilib.


Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilmiş, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.

Fatimə Kərimli