Səfərbərlik Xidməti Mingəçevir şöbəsinin rəisi işdən çıxarıldı

seferberlik-xidmeti-mingecevir-sobesinin-reisi-isden-cixarildi
Oxunma sayı: 4246

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin rəisi dəyişib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, şöbə rəisi Şahin Xəlilov tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə polkovnik Şirvan Xasıyev təyin olunub.

Qeyd edək ki, Ş.Xasıyev xidmətin Beyləqan rayon şöbəsində çalışıb.