Şəhid zabit dəfn olundu - Video

sehid-zabit-defn-olundu-video
Oxunma sayı: 641

Zabitin dəfn mərasimində yaxınları ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri və hərbiçilər də iştirak edərək hərbi qulluqçunu sonuncu mənzilə yola saldılar. Oğlunun müddətdən artıq 1 il 3 ay xidmət etdiyini deyən hərbi qulluqçunun anası Adilə Sadıqova oğlunun yaxın günlərdə evə gəlməyini gözlədiyini deyib.

Hərbi qulluqçunun qohumları Mehmanın ölümünün onlar üçün çox ağır olduğunu, amma vətən uğrunda həlak olduğundan bunun şərəfli bir hadisə olduğunu da dedilər. Qeyd edək ki, ölən əsgərə kömək göstərərkən yaralanan hərbçilərin vəziyyəti orta-ağır olaraq qalır. ANS-in Qarabağ bürosundan aldığımız məlumata görə, hazırda hospitalda müalicə olunan mayor Ceyhun Əsgərov sinəsindən, digər əsgər isə boğazından yaralanıb.