“Səmra brenddir”, açıq-saçıq klip, erotik rəqslər... - Fotolar

semra-brenddir-aciq-saciq-klip-erotik-reqsler
Oxunma sayı: 3243

“Eurovision 2016” təmsilçimiz, gənc müğənni Səmra Rəhimli yeni klipini təqdim edib. “Qafqazinfo” xəbər verir ki, S. Rəhimli uzun fasilədən sonra “Badminton” mahnısına çəkdirdiyi klipi nümayiş etdirib. 

Mahnının müəllifi Boqdan, klipin rejissoru isə Fərhad Əli olub. Sənətçi təqdimatı iki hissəli edib.  Birinci hissədə Səmra jurnalistlərin suallarını cavablandırıb.

Rəhimlinin prodüseri, anası İlahə Baxşıyeva klipdəki geyimlər üzərində özü işlədiyini deyib:

“Səmranın bütün geyimi, obrazı üzərində özüm işləmişəm. Hətta maliyyələşdirən də mənəm. Klipdə yer alan it Səmranındır. Onu özüm çəhrayı rəngə boyamışam. Ekran işində rol alan Fövqi Əfəndini belə özüm seçmişəm”. 

Gənc ifaçı açıq-saçıq və erotik rəqslərin bol olduğu klip barədə bunları söyləyib:

“Uşaqlıqdan azad böyümüşəm. Anam mənə qadağalar qoymayıb. Anamdan heç nə gizlətməmişəm. Belə bir şey düşünməmişəm ki, evdən çıxanda başqa, bayırda isə geyimimi dəyişərək tamam başqa bir şey paltarda görünüm. Bilirsiz, belə bir məsəl var: “Evdə azad olan, bayırda da özünü azad və rahat hiss edir”. Məni anam düzgün tərbiyə edib. İnsanın xarakteri necədirsə, elə də davam etsin. Olduğum kimiyəm. 10-20 ildən sonra bəlkə yaş öz sözünü deyər və çılğınlıqdan əl çəkərəm. Amma inanıram ki, dəyişməyəcəm. Gələcəyi düşünmürəm, bu günümü yaşayıram”. 

Səmra mahnını rus dilində ifa etməsinin səbəbini də açıqlayıb:

“Rus dilini seçməyimin səbəbi o oldu ki, Ukraynadan mahnılar təklif olunmuşdu. Bəstələr arasında bunu seçdim. Ona görə, ifa etdiyim mahnını ana dilimizdə təsəvvür edə bilmədim. Düşünürəm ki, mahnı sərhədləri aşa bilər”.

İ. Baxşıyeva mahnıda istifadə olunan “Səmra brenddir” fikrinin ona məxsus olduğunu qeyd edib:

“O cümləni mən yazmışam. O fikirlə Səmra razılaşıb. 15 yaşımdan müsabiqələrdə iştirak edib. Nailiyyətləri çox olub, öz gücü hesabına uğur qazanıb. Niyə də olmasın? Qızıma brend deyirəm”. 

Təqdimatın ikinci hissəsində isə ifaçının dostları ilə əyləncə təşkil olunub. 

Gecədə əməkdar artist Tünzalə Ağayeva, Zamiq Hüseynov, Eldar Qasımov,Samira Allahverdi,  prodüser Tolik, aparıcılar Hüsniyyə Məhərrəmova, Nurlana Cəfərova, Nuran Hüseynov və başqaları iştirak edib. 

Gecənin sonunda müğənniyə naməlum şəxsdən 555 ədəd gül hədiyyə olunub. 

Fotolar: Nuran Məmmədov