Səmra Özalın malikanəsi 20 milyona satışa çıxarıldı - Fotolar

semra-ozalin-malikanesi-20-milyona-satisa-cixarildi
Oxunma sayı: 3447

Türkiyənin mərhum prezidenti Turqut Özalın xanımı Səmra Özalın 23 ildir yaşadığı malikanəsi satışa çıxarılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, İstanbul boğazına mənzərəsi olan villanın ilkin qiyməti 20 milyon lirə müəyyən olunub. 900 kvadrat metr sahəsi olan evi 24 saat boyunca polis mühafizə edir. Səmra Özal 4 mərtəbəli malikanəsindən oğlu Efe Özalın evinə köçüb.

S.Özal Turqut Özalın ölümündən 1 il sonra bu malikanəyə köçüb. Evin 12 otağı, hovuzu, geniş həyəti var.