Səmra yeni klipini təqdim etdi - Prodüseri, modelyeri anasıdır...

semra-yeni-klipini-teqdim-etdi
Oxunma sayı: 2614

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yeni layihəsinin təqdimatını edib. “Qafqazinfo” xəbər verir ki, gənc ifaçı  “HYPNOTIZED” mahnısını ekranlaşdırmaq üçün ukraynalı komandaya həvalə edib. 

Səmranının yeni klipi rəsmi “Youtube” kanalında yayımlanıb. Layihənin prodüseri Rəhimlinin anası İlahə Baxşıyevadır. 

Müğənni jurnalistlərin suallarını cavablandırarkən təqdimata geyindiyi paltarını anası tərəfindən hazırlandığını bildirib:

“Mahnı İsveç və Yunan bəstəkarları, söz yazarları tərəfindən yazılıb. Klipimi Lvov şəhərində çəkmişik, ukraynalı komanda ərsəyə gətirib. Komanda özü mənə müraciət etdi, yenilik etmək, işlərimə təzə nəfəs gətirmək istədim. Klipim, ideyam çox xoşuma gəldi. Anam gecəsini gündüzünə qatıb bu geyimləri hazırlayıb”.