Səudiyyə kralı Kaşıkçının oğluna zəng edib

seudiyye-krali-kasikcinin-ogluna-zeng-edib
Oxunma sayı: 1897

Səudiyyə Ərəbistanı kralı və vəliəhd müxalifətçi jurnalist Camal Kaşıkçının İstanbul konsulluğunda ölümü ilə bağlı ailəsinə başsağlığı verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Salman bin Əbdüləziz əl Saud və vəliəhd oğlu Məhəmməd bin Salman əl Saud jurnalistin oğlu Saleh Kaşıkçı ilə telefon əlaqəsi saxlayıblar. 

Kaşıkçının oğlu isə öz növbəsində başsağlığı üçün minnətdarlığını bildirib. 

Qeyd edək ki,  Səudiyyə Ərəbistanı Kaşıkçının konsulluqda baş verən çaxnaşma zamanı öldüyünü etiraf etmişdi.