Sevil və Sevinc klip üçün dəyişdi... - Fotolar + Video

sevil-ve-sevinc-klip-ucun-deyisdi
Oxunma sayı: 5928

Azərbaycanın məşhur əkiz bacıları: Sevil və Sevinc Səfərova yeni kliplərini təqdim ediblər. 

“Qafqazinfo” xəbər verir ki,  “Səhv özündədir” adlanan mahnısı üçün Səfərovalar imiclərində dəyişiklik ediblər. 

Onlar uzunmüddətdir ki, sadiq qaldıqları saç rəngləri ilə vidalaşıblar. Həmçinin, əkizlər klipdə öz mağazalarına məxsus çanta və ayaqqabılardan istifadə ediblər.  

Bundan əlavə, video-roliki Fuad İsmayılov ərsəyə gətirib.  Fotoların müəllifi isə Zeynal Məmmədlidir. Çəkiliş Bakıda reallaşıb. 

Qeyd edək ki, mahnının sözləri Nadoya, musiqisi Nurlan Təhməzliyə məxsusdur.