Sevinc Babayevanın meyiti tapıldı - Yenilənib+Audio

sevinc-babayevanin-meyiti-tapildi-yenilenibaudio
Oxunma sayı: 667

Belə ki, S.Babayeva dekanrın 26-da “Medicana International İstanbul” xəstəxanasında ölüb. Bu barədə AzNews.az-a açıqlamasında sözügedən xəstəxananın həkimi məlumat verib. Xəstəxanadan bildirilib ki, S.Babayevanın meyiti Türkiyə Ədliyyə Nazirliyinin ekspertizasına aprılıb və hazırda da həmin yerdə saxlanılır.

***

“Sevinc Babayevanın meyiti xəstəxananın morqunda sahibsiz qalıb”. Bunu AzNews.az-a eksklüziv açıqlamasında “Medicana International İstanbul” xəstəxanasının Orhan adlı həkimi deyib.

Sevinc Babayevanın İstanbul Dövlət Xəstəxanasından ürək çatışmazlığı diaqnozu ilə “Medicana International İstanbul” xəstəxanasına yerləşdirildiyini vurğulayan türk həkim dekabrın 26-da xəstənin vəfat etdiyini bildirib.

Onun sözlərinə görə, S.Babayevanın meyidi kriminalistlər tərəfindən ekspertiza olunacaq: “Hazırda onun meyiti xəstəxanadadır, lakin meyitə sahib çıxan yoxdur. S.Babayevanın yaxınları və qohumları meyiti aparmaq üçün xəstəxanaya gəlməlidirlər”.

Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elsəvər Salmanov isə bu barədə hər hansı məlumat bildirməyə səlahiyyətinin olmadığını söyləyib.