Seysmoloji Xidmət Mərkəzi toplandı

seysmoloji-xidmet-merkezi-toplandi
Oxunma sayı: 633

AMEA RSXM Mətbuat Xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, iclasda çıxış edən AMEA RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli gündəliyi elan edib. Gündəliyə əsasən, RSXM-in “Zəlzələ ocaqlarının dinamikası və kinematikası” şəbəsinin müdiri Səbinə Kazımova “Həcmi dalğaların gəlmə vaxtlarının əsasında Böyük Qafqazın yer qabığının seysmotomoqrafik müşahidələri” mövzusunda elmi-hesabatını təqdim edib. ETŞ üzvülərinin mövzu ilə bağlı ətraflı müzakirələrindən sonra, iclasda ETŞ-yə təqdim olunmuş 2013-cü il üçün elmi seminarların iş planı təsdiqlənib.