SHXÇDX-nin Nizami rayon idarəsində 7 illiyi qeyd olunub

shxcdx-nin-nizami-rayon-idaresinde-7-illiyi-qeyd-olunub
Oxunma sayı: 1715

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsində Xidmətin yaradılmasının 7-ci ili münasibətilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir  ki, tədbiri açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Kənan Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Xidmətin yaradılmasının 7-ci ili münasibətilə təbrik edib.

Sonra Xidmətin Nizami rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əliyev onun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.  O, çıxışında güclü iqtisadiyyata malik və sürətlə inkişaf edən ölkəmizdə müasir və qüdrətli milli ordunun formalaşdığını, prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində həyata keçirilən hərbi islahatların, aparılan ordu quruculuğunun ölkənin müdafiə qüdrətinin artırılmasına xidmət etdiyini söyləyib.

Tədbirdə yeniyetmə-gənclərin hərbi vətənpərvərlik ruhunda hazırlanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin böyük rolu və əməyi olduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Dövlət Xidmətinin yaradılmasının 7-ci ili münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən hərbi qulluqçular Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları ilə təltif ediliblər, həmçinin Xidmətlə əməkdaşlıq edən bir qrup şəxslər mükafatlandırılıblar.