Smartfon bazarının 20 yaşı tamam olub

smartfon-bazarinin-20-yasi-tamam-olub
Oxunma sayı: 653


“Qafqazinfo”nun məlumatına görə, “ICTnews” elektron xəbər xidməti “dailycomm.ru”ya istinadən bildirir ki, bu cihaz özündə mobil telefon, peycer, cib fərdi kompüteri və faks funksiyalarını birləşdirib, ölçüləri 20,3 x 6,4 x 3,8 sm, çəkisi təxminən 500 qram olub.

 Klavişlə idarəetmə olmayıb, sensor ekranda stilusun köməyi ilə idarə olunub. Aparatın avtonom iş vaxtı 1 saata yaxın olub. Cihaz 1 MB əməli yaddaş və 16 MHs takt tezlikli “Vadem” prosessoru ilə təchiz olunub.

 2 ildə 50 min “IBM Simon Personal Communicator” satılıb. Dünyanın ilk smartfonunun pərakəndə qiyməti 900 dollar olub. “Simon” layihəsi smartfon bazarının inkişafına öz töhfəsini verib.

1996-cı ildə “Nokia” şirkəti “QWERTY” klaviatura və daxili veb-brauzerlə təchiz edilmiş birinci smartfonunu buraxıb.