Şou-biznesdə böyük barışıq - Röya, Nigar, Natavan... + Video

sou-biznesde-boyuk-barisiq
Oxunma sayı: 2846

Əməkdar artist Röya Ayxan  “W-trio”nun eks- üzvləri Natavan Həbibi və Elnarə Xəlilova barədə “Xəzər Maqazin”ə açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl münasibətlərinə son qoyan keçmiş rəfiqələr arasında yaşanan gərginlik sona çatıb.  Belə ki, Elnarə və Natavanın barışmasına Röya münasibət bildirib. O, həmkarları ilə küsülü olmadığını söyləyib:

“Küsülü olmağım yadımdan çıxır. Mən hər kəsə salam verirəm. Ona görə də içimdə heç kimə qarşı küsülülük yoxdur. O iki qız nə vaxt istəyir küsüb-barışsınlar, mən onlardan heç vaxt küsmürəm. Onlar mənim üçün əzizdirlər, ailəm kimidirlər. Üçümüzün də çox ağır həyatı var. Hamımız çiynimizdə yük daşıyırıq, onlar bilir ki, məndə olan yük isə daha çoxdur”.

Röya daha sonra “Altın Kelebek” mükafatlandırma mərasimində böyük qalmaqal yaşadığı Nigar Camala barışıq əli uzadıb.  O, həmkarını çox istədiyini söyləyib:

“Sizə bir söz deyim ki, Nigar yeganə adamdır ki, ona hirslənə bilmirəm. Bilirsiniz, belə pis oldum, doğrudan, çox istəyirdim. Sonra başa düşdüm ki, bu qıza əsəbiləşə bilmirəm. Vallah, onun haradasa tükü var, onu qopardın. Heç uzatmamışam, söhbəti uzadan adam deyilən. Ancaq kəskin acı dilim var. Bir dəfə deyirəm, çıxır gedir”.