“Spirtli içkimə narkotik qatıb məni döydü”

spirtli-ickime-narkotik-qatib-meni-doydu
Oxunma sayı: 1308

Boşandığı aktrisa xanımı Ember Herdlə məhkəməlik olan Conni Deppin hüquq-mühafizə orqanlarına verdiyi ifadə mətbuatda dərc edilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud ulduzu yenə keçmiş həyat yoldaşına şiddət göstərmədiyini, Emberin yalan danışdığını qeyd edib:

“Yaydığı fotolardan görünür ki, üzündə ləkələr var. Guya şiddət göstərmişəm. Amma onu boya ilə edib. Son nəfəsimə kimi deyəcəm ki, Emberə şiddət göstərməmişəm. Nə xanımıma, nə də başqasına belə bir şey etmərəm.  Əslində günahkar göstərilən və əziyyət çəkən mənəm. O, narkotiki spirtli içki ilə qarışdırıb mənə verdi, daha sonra şiddət göstərdi. Bunun şahidləri var. Yaralanmışdım”. 

Qeyd edək ki, aktyor hazırda məişət zorakılığı və barmağının uc hissəsinin qopması iddiası ilə Herddən 50 milyon dollar təzminat tələb edir.