Sumqayıt sakini mənzilində ölü tapıldı

sumqayit-sakini-menzilinde-olu-tapildi
Oxunma sayı: 1209

Sumqayıt şəhərində yerli sakin öz mənzilində ölmüş vəziyyətdə tapılıb.

“Qafqazinfo”nun  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1979-cı il təvəllüdlü Ağamaliyev Nizami Yaşar oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.