Sürüşmə zonasındakı sakinlərə məktəblərdən pul yığılır? - Bəyanat

surusme-zonasindaki-sakinlere-mekteblerden-pul-yigilir
Oxunma sayı: 1817

Səbail rayonunun 49, 51, 91, 163 və 203 №-li məktəblərinin kollektivləri birgə bəyanatla çıxış ediblər. 

"Qafqazinfo" xəbər verir ki, bu gün bir neçə saytda Bayıl ərazisində yerləşən orta məktəblərdə İcra Hakimiyyətinin tapşırığı ilə sürüşmə zonasından köçürülən sakinlərə yardım adı ilə pul yığılması barədə dərc olunan məlumatlara aydınlıq gətirilib:

"Bu xəbəri oxuyan zaman biz, 49, 51, 91, 163 və 203 №-li məktəblərin kollektivləri çox böyük təəssüf, həyacan və sarsıntı keçirdik. Nə qədər iftiraçı olmaq lazımdır ki, görülən işlərin üzərinə kölgə salınsın. Məktəblərdə ümumiyyətlə belə hal olmayıb və heç bir vəsait toplanmayıb. Belə ağ yalan, iftira kollektivlərimizi, valideynləri çox narahat edib. Heç kimdən soruşmadan, məsələni öyrənmədən yalan məlumat yaymaq özü bir cinayətdir.

Siyası maraq güdən, popurist xarakterli, belə məlumatları yaymaqla özlərini reklam etməyə çalışanlar bilməlidirlər ki, yalan və iftira ilə heç bir şey əldə edə bilməyəcəklər.

Məsələ ilə bağlı araşdırma aparılıb iftiraçılara qarşı ölçü görürülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək"..