Tbilisidə aksiyalara tələbələr də qoşuldu

tbiliside-aksiyalara-telebeler-de-qosuldu
Oxunma sayı: 1422

Tbilisidə ötən il öldürülən yeniyetmələrə görə başladılan etiraz aksiyalarına tələbələr də qoşulub.

"Qafqazinfo" Gürcütsan KİV-nə istinadən xəbər verir ki, tələbələrin birgə bəyanatında deyilir:

"Biz hamımız bir-birimizə dəstək olmalıyıq. Biz saxta cəmiyyətdə uşaq böyütmək istəmirik, hər şey açıq-aydın olmalıdır. Ölkədə haqq-ədalət qurmağın vaxtıdır!".

Mitinqçilər Parlament binasının yerləşdiyi Rustaveli prospektini tutublar. Nümayişdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxalifətçilər, ictimai xadimlər də iştirak edirlər. 

Qeyd edək ki, Baş Prokurorluğun ötən il qətlə yetirilən 16 yaşlı məktəbli David Saralidzenin cinayətkarını sərbəst buraxmasından sonra insanlar küçələrə axışıb. Hadisədən sonra baş prokuror İrakli Şotadze istefa vermişdi.