Təbrizlilər Urmuya gölünün qurudulmasına etiraz ediblər

tebrizliler-urmuya-golunun-qurudulmasina-etiraz-edibler
Oxunma sayı: 647

“Media forum” saytının məlumatına görə, yüzlərlə azərbaycanlı fəalın qatıldığı aksiyada Urmiya gölünün qurumasının qarşısının alınması üçün gölün ətrafında tikilən sədlərin aradan qaldırılması tələb olunub.

“Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Urmu gölü susuzdur, Azərbaycan oyanmasa uduzdu”, “Urmu gölü can verir, dövlət onun qətlinə fərman verir” və digər şüarlar səsləndirən aksiyaçılar bəyanat yayaraq İranda azərbaycanlılara qarşı ayrı-seçkiliyin ortadan qaldırılmasını, Azərbaycan dilində məktəblərin açılmasına şərait yaradılmasını tələb ediblər.