Teleaparıcı Rəhim Rəhimlidən üzr istədi

teleaparici-rehim-rehimliden-uzr-istedi
Oxunma sayı: 1867


“Mən heç vaxt düşünməmişəm ki, Rəhim Rəhimli bir aparıcı kimi sevilməyib. Mən o cür demək istəməmişəm. Rəhim Rəhimli "Lider” kanalında sevilir, bunu heç gizlətmək də mümkün deyil. Bu kanalda mənə ilk dəstək göstərənlər Rəhim Rəhimli və Röya olub. Onların vasitəçiliyi ilə mən bu kanala gəlmişəm. Rəhim Rəhimlini səhnədə, verilişdə təqdim edəndə və ya saytlarda onun haqqında yazılanda adı qarşısında aparıcı yox, müğənni və bəstəkar yazılır. Mən bunu izah etməyə çalışmışam. Görünür, ya mən düzgün izah etməmişəm, ya da texniki səhvlər ucbatından belə gedib”.

Qeyd edək ki, teleaparıcı mövqe.az-a açıqlamasında bu sözləri deyib:

"Hərə öz peşəsində maraqlıdır. Bu gün mən də çıxım mahnı oxuyum, tamaşaçıya Zaurun oxuduğu mahnı maraqlı olmayacaq. Məsələn, heç kim müğənni Rəhim Rəhimlini aparıcı kimi təqdim etmir, sevmir. Amma halbuki Rəhim neçə illərdir veriliş aparır”.