Tələbələr nazirə universitetlərdən şikayət etdi

telebeler-nazire-universitetlerden-sikayet-etdi
Oxunma sayı: 642

“Qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Sorğularda ümumi təhsil, orta ixtisas və ali məktəblərdə tədrisin təşkili, şagird və tələbələrin biliyinin qiymətləndirilməsi, ödəniş haqqının müəyyənləşdirilməsi və digər məsələlərdən bəhs olunur. Müraciətlərin digər qismi isə dərs bölgüsü, dərs yükünün həcmi, müəllimlərin əmək haqqının hesablanması, dövlət sifarişi ilə və dövlət proqramı çərçivəsində xaricdə ali təhsil alan tələbələrin təhsil haqqının köçürülməsi qaydaları, özəl ali məktəblər və digər məsələlərlə bağlıdır.

Bir sıra müraciətlərdə ümumi təhsil, orta-ixtisas və ali təhsil müəssisələrindəki çatışmazlıqlardan bəhs olunur. Bu qəbildən olan 63 müraciət əsasında araşdırmalar aparılıb, nöqsanların aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb.
Ümumi təhsil məktəblərinin fəaliyyətində yol verilmiş nöqsanlara dair 53 müraciət qəbul edilib.

Ali təhsil müəssisələrindən daxil olan 10 şikayət (8-i dövlət, 2-si özəl ali məktəblərdən) diplomların verilməsinin gecikdirilməsi, imtahan nəticələrindən narazılıq, təqaüdlərin gecikdirilməsi, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqının müvafiq dövlət və özəl ali məktəblərə, xaricdə təhsil alan tələbələrin xərclərinin müvafiq xarici ölkə təhsil müəssisələrinə köçürülməsinin gecikməsi ilə bağlı olub. Bütün bu şikayətlər aidiyyəti struktur bölmələrə yönəldilib və vaxtında öz həllini tapıb.

Günel