Tereza Meyin başını kəsmək istəyib - Sui-qəsdin detalları

Tereza Meyin başını kəsmək istəyib
Oxunma sayı: 1171

Londonda baş nazir Tereza Meyə sui-qəsd planı hazırlayan terrorçunun məhkəməsi keçirilib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı Naaimur Zaxariya Rahmanın baş naziri öz iqamətgahında bomba və bıçaqla qətlə yetirməyi hədəflədiyi məlum olub. 

İstintaqın məlumatına görə, terrorçu Tereza Meyin başını kəsməyi planlaşdırıb. Rahman ötən ilin noyabrında saxlanılıb. O, terror fəaliyyəti ilə əlaqəli olan iki maddə ilə ittiham olunur. Rahman özü isə bütün ittihamları rədd edib. 

Tereza Meyə qarşı sui-qəsdin qarşısını özünü İŞİD terrorçusunu kimi təqdim edən MI% cəsusu ala bilib. Belə ki, cəsusu terrorçu zənn edən Rahman ona Dauninq-strit iqamətgahının darvazasını partlatmaq istədiyini, bibər qazı ilə polisləri zərərsizləşdirdikdən sonra Meyin başını qoparacağını söyləyib. 

Məhkəmədə Rahmanın cəsusla danışıqlarının videosu nümayiş etdirilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi