Trampın “ovlaya” bilmədiyi məşhur qadınlar... - Fotolar

Trampın “ovlaya” bilmədiyi məşhur qadınlar...
Oxunma sayı: 10563

Donald Tramp ABŞ prezidenti seçildiyi andan etibarən qərarları ilə yanaşı, həm də şəxsi həyatı ilə də daima gündəmdə olur. Belə ki, prezidentin rəsmi nikahlarından əlavə onun bəyənib və ya sevib, lakin “yox” cavabı aldığı məşhur qadınlar da diqqət çəkib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu qadınlardan biri şahzadə Diana olub.

Məlumata görə, Trampla şahzadə Londonda xeyriyyə tədbirlərindən birində tanış olub və Donald uzun illər onu sevib. Diana Çarlzdan ayrıldıqda Tramp ona min ədəd qızılgül və zanbaq  göndərib. Lakin şahzadə ona rədd cavabı verərək Dodi Əl-Fayedlə görüşməyə başlayıb. 

Donald Tramp 1999-cu ildə ikinci arvadı Marla Meyplzdən boşanıb. Əvəzində isə model Bruk Şildsə göz qoyub. 

“O, boşanandan dərhal sonra mənə zəng etdi və dedi: “Sən Amerikanın ən məşhur qadını, mənsə ən zəngin kişisiyəm. Biz birlikdə olmalıyıq. İnsanlar bunu bizə həsəd aparacaqlar.

Mən isə cavabında dostum olduğun və dediklərinin ona xoş gəlməyəcəyini bildirdim",-deyə B. Şilds söyləyib.

Aktrisa Salma Hayek “The Daily Show” proqramında bildirib ki, maraqlı açıqlamalar verib.

“Nyu-Yorkda partilərdən birində o, mənə yaxınlaşaraq pencəyini çiynimə atdı. Daha sonra sevgilimə çönərək “Düşünürəm ki, sizin sevgilinizə soyuqdur” dedi və bizimlə tanış oldu. Bizi Atlantik-Sitidəki malikanəsinə dəvət edərək telefon nömrəsini verdi", - deyə aktrisa bildirib.

Tramp dəfələrlə Salmaya zəng edərək aktrisaya məhz onun kimi kişinin yaraşdığını və onunla görüşməli olduğunu deyib. Hayek isə Donaldın bütün təkliflərinə yox deyərək onunla görüşməkdən imtina edib.

Trampın “ov”una düşməyən qadınlardan biri də aktrisa Emma Tompson olub. Donald aktrisaya zəng edərək “Trump Tower”ə nahara dəvət edib. 

“Onun zənginə çox təəccübləndim və təklifini düşünəcəyini dedim, lakin getmədim”, - deyə Emma söyləyib.

D. Tramp 1970-ci illərdə aktrisa Kendis Berqeni görüşə çağırıb.

Görüş unudulmaz olub, buna səbəb isə Trampın geyimi olub. Belə ki, o, görüşə tünd-qırmızı rəngli kostyumda, eyni rəngli parlaq dəri ayaqqabılarda və eləcə eyni rəngli Limuzində gəlib. Kendis ikinci görüşə getməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi