Türkiyədə dəhşətli qəza - Sürücü yatdı, 8 nəfər öldü

turkiyede-dehsetli-qeza
Oxunma sayı: 688

Bu gün səhər saatlarında Türkiyənin Kalecik şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kastamonudan Ankaraya gedən sərnişin avtobusunun  aşması nəticəsində 8 nəfər dünyasını dəyişib. 11-i ağır olmaqla ümumilikdə 32 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, hadisəyə avtobus sürücüsünün sükan arxasında yatması səbəb olub.