Türkiyədə fövqəladə vəziyyətin bitəcəyi tarix açıqlandı

turkiyede-fovqelade-veziyyetin-biteceyi-tarix-aciqlandi
Oxunma sayı: 1358

Türkiyə baş naziri Binəli Yıldırım 2016-cı il iyulun 20-dən tətbiq edilən fövqəladə vəziyyət rejiminin (OHAL) gələn 17 və ya 18 iyulda bitəcəyini açıqlayıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, B.Yıldırım OHAL-in uzadılmayacağını düşündüyünü söyləyib.

Bu barədə yekun qərar Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən veriləcək.

Qeyd edək ki, OHAL Türkiyədə 2015-cil 15 iyul hərbi çevrilişə cəhd hadisələrindən sonra tətbiq edilməyə başlayıb və geridə qalan müddət ərzində hər dəfə 3 ay olmaqla 7 dəfə vaxtı uzadılıb.