Türkiyədə iki deputat barədə saxlama qərarı verildi

turkiyede-iki-deputat-barede-saxlama-qerari-verildi
Oxunma sayı: 635

Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) Batman rayonundan olan iki millət vəkili - Ayşə Acar Başaran və Saadet Becerikli barəsində saxlama qərarı çıxarılıb.

“Qafqazinfo” Türkiyə mətuatına istinadən xəbər verir ki, hər iki deputat “terrorizmin təbliğatı” ittihamı ilə aparılan istintaq çərçivəsində gedən məhkəmə proseslərinə qatılmayıblar.

Nəticədə məhkəmə onların tutulmasına qərar verib.