Türkiyədə saxta pulla saxlanılan azərbaycanlıdan açıqlama

turkiyede-saxta-pulla-saxlanilan-azerbaycanlidan-aciqlama
Oxunma sayı: 1510

Karabükdə 5 min 100 lirə saxta pulla yaxalanan azərbaycanlı E.J.nin məhkəməsi olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, tutulan şəxs şərti azadlığa buraxılıb. 100-cü İl Məhəlləsində dükanların birindən alış-veriş edən E.J. satıcıya saxta pul verib. Bundan şübhələnən satıcı isə polisə şikayət edib.

Bölməyə aparılan azərbaycanlının üstündən araşdırma zamanı 9 ədəd 200, 22 ədəd 100, 22 ədəd 50 lirə tapılıb.

***

Bu xəbər Türkiyə mətbuatında yayımlandıqdan sonra E.J redaksiya ilə əlaqə saxlayaraq hadisənin qeyd edildiyi formada olmadığını deyb: “Mən orada səyyar satıcıya “iPhone”markalı telelfonumu satdım, sonra marketdə alış-veriş edəndə satıcı pulun saxta olduğunu bildirdi. Buna görə də qalan digər əsginazların saxta olub-olmadığını dəqiqləşdirmək üçün polisə yaxınlaşdım. Onlar da saxta olduğunu dedilər və mən pulları təslim etdim. Daha sonra məhkəmədə də bunları danışdım və günahsız olduğuma görə sərbəst buraxıldım. Məndən telefonu alan şəxsin kimliyi və yeri hələ müəyyən edilməyib”.