Türkiyədə yol qəzası - 2 ölü, 2 yaralı

turkiyede-yol-qezasi
Oxunma sayı: 658

Türkiyənin Siirt vilayətində yol qəzası baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Elazığ-Diyarbakır magistralında qeydə alınıb. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan 1-i polis məmuru olub. Xəsarət alan digər 2 nəfərində polis əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.