Türkiyədən qanunsuz yolla qaçmağa çalışan 99 miqrant saxlanıldı

turkiyeden-qanunsuz-yolla-qacmaga-calisan-99-miqrant-saxlanildi
Oxunma sayı: 711

Türkiyənin Çanaqqala şəhərinin Ayvacıq qәsәbәsindә qeyri-qanuni yollarla Yunanıstanın Lesbos adasına keçmәyә çalışan 99 miqrant saxlanılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, polis öncə Badamlı kəndində əməliyyat keçirib. Aralarında qadın və uşaqların da olduğu 42 əfqan miqrant saxlanılaraq polis idarəsinə aparılıb.

Daha sonra Kiçikquyuda keçirilən əməliyyatda 57 suriyalı geri qaytarılıb.

Saxlanılan miqrantlar Ayvacık Miqrasiya İdarәsinә tәhvil verilib.