Türkiyədən xəbər gəldi - Fotolar

turkiyeden-xeber-geldi-fotolar
Oxunma sayı: 690

“Qafqazinfo” xəbər verir ki, tanınmış dizayner Hakan Akkayanın dəvəti ilə Türkiyəyə yola düşən Ruhi modelyerin yeni mağazasının açılışında da iştirak edib. Bu yaxınlarda “Özünə bax”da Türkiyənin tanınmış simaları qonaq münsif qismində iştirak edəcək. Belə ki, fevralın sonu məşhur model Şenay Akay və xoreoqraf Uğurhan Erez, martın ilk ongünlüyündə isə modelyer dizayner Hakan Akkaya Ruhinin dəvəti ilə “Özünə bax”ın münsif kürsüsündə iştirakçıları qiymətləndirəcək.

Artıq adları çəkilən şəxslərlə müqavilələr imzalanıb. Hakan Akkaya rəsmi tweeter səhifəsində Şenay Akay isə rəsmi instagram profilində və tweeter hesabından Azərbaycanlı qonaqla bağlı fikirlərini bölüşüb.

Layihənin bu həftəki çəkilişlərinə isə uzun zamandır Türkiyədə yaşayıb fəaliyyət göstərən model Günay Musayeva qatılacaq. Ana olandan sonra ilk dəfə Azərbaycana gələn Günay 5 gün Bakıda olacaq və “Özünə bax”ın çəkilişlərində iştirak edəcək.