Türkiyənin əfsanəvi aktrisası xərçəngə yoluxub - Bu gün əməliyyat olunacaq

turkiyenin-efsanevi-aktrisasi-xercenge-yoluxub
Oxunma sayı: 684

Türkiyəli aktrisa Hülya Koçyiğitə ABŞ-da ağciyər xərçəngi diaqnozu qoyulub.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, 70 yaşlı aktrisa bu gün əməliyyat olunacaq.

O, sevənlərindən dua istəyib: “Bu gün mənim üçün çətin gündür. Sizə gözəl xəbərlər verməyi ümid edərək yazıram. Hələ də Nyu-Yorkdayam. Əməliyyat olunacağam. Mənim üçün dua edin”.