“Twitter”də yenilik

twitterde-yenilik
Oxunma sayı: 988

“Twitter” sosial şəbəkəsində məlumat yerləşdirmək üçün işarələrin sayı artırılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata əsasən “Twitter”də tvit məhdudiyyətinin 140-dan 280 işarəyə qədər artırılması imkanı sınaqdan keçirilir. İlkin mərhələdə bu imkandan kiçik bir qrup yararlana biləcək. 

Yeniliyin tam olaraq nə vaxt istifadəyə veriləcəyi bilinmir.