UEFA-dan Yunanıstan klubuna ağır cəza

uefa-dan-yunanistan-klubuna-agir-ceza
Oxunma sayı: 1023

“Panatinaikos” klubu Avrokuboklardan uzaqlaşdırılıb. “Qafqazinfo” xəbər verir ki, UEFA Yunanıstan klubunu 3 illik cəzalandırılıb.

Buna səbəb “yaşıl yoncalar”ın maliyyə feyr-pley qaydalarını pozmasıdır. Klub əlavə olaraq 100 min avro cərimə də ödəyəcək.

Qeyd edək ki, “Panatinaikos” Yunanıstan Super Liqasında 28 turdan sonra 37 xalla 7-ci pillədə qərarlaşıb.