Ukraynada seçkilərin ilk ekzit-pol - Nəticələri

ukraynada-seckilerin-ilk-ekzit-pol
Oxunma sayı: 1540

Ukrayna Radasına keçirilən seçkilərin ilk ekzit-pol nəticələri açıqlanıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, millət vəkili Mustafa Nayemin teleqram kanalında şifrəli şəkildə paylaşdığı məlumata əsasən, prezident Vladimir Zelenskinin partiyası 37%, Viktor Medvedçukun “Müxalif platforma – Həyat üçün” partiyası isə 17,6% səs toplayıb. Yuliya Timoşenkonun partiyası 5,9%, Petro Poroşenkonun partiyası isə 5,5% səs yığa bilib.

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir.