Ukraynadan orduya göstəriş - “Xəbərdarlıq etmədən atəş açın”

ukraynadan-orduya-gosteris
Oxunma sayı: 1610

 Ukrayna parlamenti orduya xəbərdarlıq etmədən atəş açmaq icazəsi verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, parlament bununla bağlı qanun layihəsini qəbul edib.

Yeni qərara əsasən, Ukrayna sərhədini pozan hər hansı hərbi şəxs və ya texnikaya xəbərdarlıq edilmədən atəş aşılacaq. Rusiya ilə münasibətləri pozulan Ukrayna bu qərarla sərhədlərini daha təhlükəsiz şəkildə qoruyacağını bildirib.

Parlament həmçinin, Rusiya ilə dostluq, tərəfdaşlıq və ittifaq sazişini genişləndirməyə qərar verib.