Azərbaycanda “Ümumi təhsil haqqında” yeni qanun hazırlanır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. O, bildirib ki, artıq yeni qanunun hazırlanması ilə bağlı İşçi Qrup da yaradılıb:
“İşçi Qrupun iki iclası keçirilib. Bu qanun hazırlanarkən dünya, xüsusilə də Asiya ölkələrinin təcrübəsi öyrənilib. Ölkəmizdə qəbul edilən təhsil strategiyasına baxılıb, özəl məktəblərin nümayəndələri iə söhbət aparılıb. Qeyd edim ki, qanun layihəsi 5 fəsil , 26 maddədən ibarətdir. Yəqin ki, may ayına qanun layihəsi hazırlanıb təhvil veriləcək”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər