Unibank Müstəqillik günü ilə bağlı kampaniya keçirir

unibank-musteqillik-gunu-ile-bagli-kampaniya-kecirir
Oxunma sayı: 1810

Unibank 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə kampaniya keçirir.

"Qafqazinfo" xəbər verir ki, “Dövlət Müstəqilliyi günü” kredit aksiyası çərçivəsində oktyabrın 21-dək Unibank-da nağd kreditlər 0% komissiyalı olub. Aksiya çərçivəsində əmək haqqı 174 manatdan yuxarı olan hər kəs, komissiyasız nağd kredit üçün müraciət edə bilər.

Unibankdan kredit  götürmək sizə hansı üstünlükləri verir?

Kreditin rəsmiləşdirilməsi zamanı komissiya 0%-dir;

Sığorta haqqı yoxdur;

Kreditin müddəti 36 ayadəkdir;

Kreditin aylıq minimum ödənişləri 19 manatdan başlayır;

Heç bir zamin tələbi yoxdur;

Kredit proseduru çox sadədir.

Kreditləri banka gəlmədən 050 778 8117 whatsapp nömrəsinə yazaraq və ya Unibank Mobile-dan, unibank.az saytından onlayn sifariş etməklə və ya bank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Unibankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən aşağıdakı 7 filialı həftə sonu saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

15 saylı filial (S.Vurğun bağı yaxınlığında)

“Neftçilər” filialı

 “Nərimanov” filialı

“Xırdalan” filialı

 “Sumqayıt” filialı

“Gəncə” filialı

“Bərdə” filialı

“Əcəmi” və  19 saylı (“Bakıxanov”) filialları isə noyabrın 15-dək hər gün saat 09.00-dan 20.00-dək müştərilərin xidmətində olacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- hər kəsin bankı!