UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb

unibank-musterilerine-90000-manatliq-udus-fondu-ayirib
Oxunma sayı: 1159


Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcəkdir. Uduşun ümumi fondu 90. 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Lotereya qaliblərinin siyahısı unibank.az saytında (http://www.unibank.az/az/about-bank/news/221/) və “525-ci qəzet”in bu günkü sayında dərc olunub.

Unibank-dan kredit götürənlər Nissan qazanmaq şansına da sahib olurlar. Bankın martın 10-dək davam edəcək “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın daha 2 müştərisi Nissan avtomobili əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar. Ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si 2 şans kimi qiymətləndirilir.

Üstəlik, hal-hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 6% -dək endirim edilir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı