“Uşaqlar və kosmos” sərgi-müsabiqəsi keçiriləcək

usaqlar-ve-kosmos-sergi-musabiqesi-kecirilecek-
Oxunma sayı: 737

“Qafqazinfo”nun məlumatına görə, sərgi insanın kosmosa ilk uçuşu günü - 12 aprel tarixində saat 12.00-da Tusi Bohm Planetariumda açılır.
Sərgi - müsabiqədə məktəblilərin sərbəst texnika ilə işlədikləri kosmonavtika, kosmos, səma cismlərinə həsr olunmuş 500-ə yaxın rəsm əsərindən 50-si tanınmış rəssamlardan, o cümlədən Eurovision qalibimiz Eldar Qasımovdan ibarət münsiflər heyəti tərəfindən seçilərək nümayiş etdiriləcək. Bütün iştirakçılara ASB və Şoki Moki tərəfindən xatirə hədiyyələri veriləcək. I, II və III yerləri tutan 3 (üç) nəfər iştirakçıya isə xüsusi mükafatlar təqdim ediləcək.
Sərgi - müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Tusi Bohm Planetariumun rəhbərliyi və əməkdaşları, məktəblilər, onların valideynləri, müəllimlər iştirak edəcəklər. Qalibləri təltif etmə mərasimindən sonra sərgi iştirakçılarının Planetariumun kino zalında kosmonavtika, kosmos, səma cismlərinə aid alimlərin söhbətlərini dinləməsi və maraqlı filmlərə tamaşası nəzərdə tutulub.
Qeyd edək ki, sərgi - müsabiqə 2013-cü ilin ölkəmizdə İnformasiya - kommunikasiya ili elan olunması və Azərbaycanın ilk süni peykinin orbitə buraxılması ilə əlaqədar təşkil olunur.