Vaqif Sadıqov sevinmədi

Vaqif Sadıqov sevinmədi
Oxunma sayı: 97

Qol.Az-ın məlumatına görə, azərbaycanlı mütəxəssis Vaqif Sadıqovun məşqçi kimi çalışdığı Mahaçqala komandası Braziliya "Kommersial"ı ilə üz-üzə gəlib.

"Anji" bu oyuna eksperimental heyətlə çıxıb. Bu, "Anji"nin iyulun 11-də Çexiya "Banik"inə qarşı daha bir yoldaşlıq görüşü keçirəcəyi ilə bağlı olub. Qarşılaşma mahaçqalalıların məğlubiyyəti ilə nəticələnib - 1:2. "Anji"nin yeganə topunu Roberto Karlos vurub. 71-ci dəqiqədə Aleksey İqonin meydançadan qovulduqdan sonra Sadıqovun komandası azlıqda qalıb. Bu vaxt hesab bərabər olub - 1:1. "Kommersial" say üstünlüyündən tezliklə yararlanıb və qələbə topunu vurub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi