Vardan Oskanyanın gündəliyinə Azərbaycandan reaksiya

Vardan Oskanyanın gündəliyinə Azərbaycandan reaksiya
Oxunma sayı: 249

“Qafqazinfo”nun məlumatına görə, təşkilat bu faktları Qarabağ danışıqlarının həqiqi mahiyyəti ilə bağlı müəyyən nəticələrə gəlməyə imkan verdiyini deyib. QAT bu faktların növbəti erməni dezinformasiyası olması ilə bağlı versiyanı inkar edib. Çünki orada göstərilən məsələlərin digər mənbələr vasitəsi ilə də təsdiqini tapdığı deyilir: “Digər tərəfdən Rusiyanın münaqişənin idarə olunması ilə bağlı rolu bir daha öz təsdiqini tapır. Buradan görünür ki, Rusiya Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı hər hansı məsələni əvvəlcə Ermənistanla müzakirə edir, sonra ermənilərin təkliflərini nəzərə almaqla Azərbaycana çatdırır...Gündəlikdən aydın şəkildə görünür ki, Minsk qrupu öz işini ermənilərin təklifləri əsasında qurur. 1998-ci ilin mayında erməni tərəfi “ümumi dövlət” ideyasını təklif edir, həmin il noyabrın 7-də həmsədrlər həmin təklifi öz adlarından ortaya gətirirlər”.

QAT Azərbaycanı ortaya çıxan bu faktlardan özü üçün nəticələr çıxarmağa səsləyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi