Vasıf Talıbov tarlaya baş çəkdi

vasif-talibov-tarlaya-bas-cekdi
Oxunma sayı: 2205

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb.

“Qafqazinfo” xəbər verir ki, AM sədrinə bildirilib ki,  fəaliyyətini yerli və məhsuldar sortların qorunması, bərpası və yayılması istiqamətində quran “Kəhrəba” Fermer Təsərrüfatı üçün Babək rayonunun Şıxmahmud kəndində 26,2 hektar əkinəyararlı torpaq sahəsi ayrılıb. 2018-ci ilin məhsulu üçün təsərrüfatda 18,6 hektarda taxıl, 2,9 hektarda sarımsaq, 2,4 hektarda tütün, 2,3 hektarda isə kartof, bostan və tərəvəz bitkiləri əkilib. Əkin zamanı yerli və rayonlaşdırılmış məhsuldar toxum sortlarından istifadə olunub. 

V. Talıbov fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.