Vergilər Nazirliyindən “Turan”a məktub

vergiler-nazirliyinden-turana-mektub
Oxunma sayı: 2138

Sentyabrın 19-da axşam Turan agentliyinə Vergilər Nazirliyinin 11 sentyabr tarixli növbəti məktubu daxil olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.

Məktubda agentliyin şikayəti üzrə başlanmış təhqiqatın dayandırıldığı bildirilir.

Vergi Riskləri Departamentinin rəhbəri Fərid Cəbrayılın adından göndərilən məktubdan məlum olur ki, səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı 14 avqust tarixli qərarın ləğvi barədə Turan-ın şikayətinə baxılıb.

Şikayətdə vergi sanksiyasının hesablanması ilə bağlı agentliyin 2014-2016-cı illər üçün fəaliyyətinin son kameral yoxlanması barədə qərardan etiraz verilib.

"Yoxlama zamanı müəyyən edilib ki, agentlik 1 saylı İnzibati-İqtisadi Məhkəməsində müvafiq iddia qaldırıb. Eyni vaxtda inzibati və məhkəmə yoxlamasının keçirilməsinin mümkün olmadığını nəzərə alaraq, agentliyin ona qarşı cinayət işinin dayandırılması barədə müraciəti məhkəmə orqanlarına verilib.

Agentliyin şikayətinin təhqiqatının dayandırılması barədə qərar qəbul edilib", - məktubda deyilir.