Vüqarın ölümünə erməni də üzüldü- - Video

vuqarin-olumune-ermeni-de-uzuldu-
Oxunma sayı: 4381


Beynəlxalq turnirdə Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla anılıb.

“Qafqazinfo”  Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün başlayan Veyk-an-Zee beynəlxalq şahmat turniri 1 dəqiqəlik sükutla başlayıb. Ermənistanlı şahmatçı Levon Aronyan 27 yaşında vəfat edən Vüqar Həşimovla bağlı xatirələrini bölüşüb.

L.Aronyan V.Həşimovun vəfatından danışarkən bunları deyib: "Vüqarın ölümünə çox üzüldüm, elə bir oyunçunu itirmek ağırdır, çox güclü şahmatçı idi. Təəssüf ki, çox üzgünəm. Hər kəs bir gün ölür, amma gənc adamın, həm də belə adamın ölməsi çox ağırdır".

Qeyd edək ki, Veyk-an-Zee turniri ən qədim və ən güclü şahmat turnirlərindən biridir. Bu yarış 1937-ci ildən başlayaraq hər il keçirilir.