“WhatsApp”da yeni funksiya - Artıq çoxlu mesaj sizi bezdirməyəcək

whatsappda-yeni-funksiya
Oxunma sayı: 4522

“WhatsApp” mesajlaşma platformasında qruplarda və ya şəxsi yazışmalarda ardı-arası kəsilməyən ismarışlardan qurtulmaq üçün yeni funksiya istifadəyə verilib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, artıq bir qrupdan və ya şəxsdən 50-dən çox ismarış gələrsə, bildiriş panelində həmin söhbəti səssizə almaq mümkün olacaq.

Funksiya hazırda “WhatsApp” tətbiqinin “Play Store”dakı “Beta 2.18.216” versiyasında aktivdir.

Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda hər kəs üçün əlçatan olacağı gözlənilir.