Xarici işlər nazirinin həyat yoldaşı film çəkir

xarici-isler-nazirinin-heyat-yoldasi-film-cekir
Oxunma sayı: 651

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, altı aydır Fişer ilə evli olan 35 yaşlı Barati 2012-ci ildə kinoteatrlarda göstərilməsi planlaşdırılan komediya janrında çəkilən “Vincent dənizi istəyir” filminin prodüsseri kimi özünü sınamaq istəyib.
Filmin çəkilişlərinin böyük hissəsi Rusiyanın Sibir bölgəsində aparılıb. Barati “Bild am Sonntag” qəzetinə verdiyi açıqlamada çəkilişlər üçün iki ay Rusiyada qaldıqlarını söyləyib. Rejissorunun Ralf Hüttnerin olduğu filmdə baş rolları Joachim Krol və Katya Riemann oynayırlar.