Xırdalanda binada yanğın

xirdalanda-binada-yangin
Oxunma sayı: 638

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 69 m2 olan, təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb.

"Qafqazinfo" FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.