YAP 40-dan çox mitinq keçirəcək

yap-40-dan-cox-mitinq-kecirecek
Oxunma sayı: 1386

“Təbliğat-təşviqat dövründə Yeni Azərbaycan Partiyası 40-dan çox mitinq keçirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın qərargahında www.ilhamaliyev2018.az saytının təqdimatı zamanı bildirib. O deyib ki, YAP qanunvericiliyə əsasən əhaliyə təbliğat xarakterli materiallar paylayacaq: “Bundan başqa, sosial şəbəkələrdə təbliğat-təşviqatla bağlı kampaniyalara start verəcəyik. Yeni saytda təbliğat imkanları genişdir. Buradan namizədimiz, cənab prezident İlham Əliyevin fəaliyyəti barədə istənilən məlumatı bölüşmək olar”.